“Ona haqqımı halal etmirəm, hər şeyi yoldaşı etdi...” -

“Ona haqqımı halal etmirəm, hər şeyi yoldaşı etdi...” - Vasifin evindən qovduğu bacısış...

Ötən gün Axşam.az saytında əməkdar artist Vasif Məhərrəmlinin bacısı Leyla Məhərrəmovanın müğənni haqda tənqidi fikirləri dərc olunub.

Belə ki, müğənninin bacısı iddia edib ki, Vasif onu evindən qovub.

Faktinfo.az xəbər verir ki,Leyla xanım Moderator.az-ın suallarını da cavablandırıb.

- Leyla xanım, Vasif bəylə nə vaxtdan danışmırsınız?

- Bu məsələ iki ildir ki, var. İki ildə mən sakitcə öz evimdə oturmuşdum, heç nə danışmırdım. Mənə sual verildi və mən də hər şey necə olubsa danışdım. Zəng edib sual verməsəydilər inanın ki, heç vaxt danışmazdım. Ola bilər ki, onun fanatları və digər insanlar məni günahkar kimi görə bilərlər, amma hər şeyi Allah görür. Yaxşını da, pisi də, düzü də, əyrini də. Bu hər kəsin öz fikridir, onlara da hörmətlə yanaşıram. Onun qızını 18 yaşına kimi böyütdüm, sonra mənə dedilər ki, sən bizə lazım deyilsən.

- Leyla xanım, axı hər bir şeyin səbəbi var. Sizcə buna səbəb nə idi?

- Burada bir səbəb axtarırıqsa demək ki, mən o evdə artıq idim. Sadəcə olaraq yerlərini dar etdim deyə məni evdən qovdular.

- Siz cəm şəklində danışdınız. Bu məsələdə Vasif bəydən əlavə kiminsə əli var?

-İşin başında həyat yoldaşı dayanmışdı da. Həyat yoldaşı məni istəmirdi. Qızı Əfşanı da, Vasifi də mənə alət etdi. İnsan nə qədər ağılsız olar ki, isti yerini soyudar?! İnsan hiss edəndə ki, orada lazımsızdır, artıqdır, özü sakitcə çıxıb getməlidir.

- Onunla qaldığınız illərdə sizə qadağaları olurdu?

- Xeyr, mənə heç bir qadağası olmayıb. Onun evində yaşasam da işləmişəm, çalışmışam, öz qazancım olub. Vasif qazanıb gətirsə də damla qədər olsa da orada mənim də
əziyyətim var idi.

-Bəs indi harada yaşayırsınız, necə dolanırsınız?

-Mən Bakıda, iki otaqlı evimdə yaşayıram. Allah adamı dolandırır. Allah adamın üstündən gözünü, nəzərini çəkməsin, bəndə kimdir ki?!

- Qardaşınıza bizim vasitəmizlə nə demək istərdiniz?

- Ona heç bir söz demək istəmirəm. Allaha həvalə etmişəm. Allah özü tədbirini qılsın. Ona heç bir haqqımı halal etmirəm. Bilirsiniz də həyatda pul, qul haqqı var! Mən 35 illik haqqımı onların heç birinə halal etmirəm.

- Demək ki, heç vax barışmayacaqsınız?

- Böyük danışmayaq. Ölümlü-itimli dünyadır, salam-sağolumuz yəqin ki, olacaq, amma əvvəlki istilik, səmimiyyət, fədakarlıq olmayacaq. Bir qəlbi qırdınsa onu düzəltmək çətindir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi