“Onu Allaha tapşırmışam...” —

“Onu Allaha tapşırmışam...” — Ramiz Mehdiyevin vaxtilə məhkəməyə verdiyi xalq şairi DANIŞDI

“Mən hələ 1998-ci ildə “Alternativ” qəzetində Ramiz Mehdiyev haqqında sözlərimi demişəm”.

Bunu Demokrat.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib. 

O, vurğulayıb ki, vaxtilə Ramiz Mehdiyev ona qarşı bir çox haqsızlıqlar edib:


“Vaxtilə onun haqqında sözümü demişdim, o da məni məhkəməyə vermişdi. Mənə qarşı haqsızlıq etmişdi. O vaxtı ulu öndərimiz Heydər Əliyev dedi ki, məhkəmə olmayacaq, bununla da məsələ bağlandı. Yəni, Ulu Öndər məni müdafiə etdi. İndi vaxt çatır, hər şey öz yerinə düşür. Onu Allaha tapşırmışam, Allah da özü həll edir”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi