Oqtay Gülalıyev Baş Prokurorluğa çağırılıb

Oqtay Gülalıyev Baş Prokurorluğa çağırılıb 

Hüquq müdafiəçisi Oqtay Gülalıyev saat 17:00-da Baş Prokurorluğa çağırılıb. O hesab edir ki, dəvət “Tərtər işi”, “Gəncə işi” və digər işlərlə bağlı bəyanatları ilə əlaqədardır.

Ötən həftə Gülalıyevin təşəbbüsü ilə “işgəncələr və repressiyalar əleyhinə” ictimai komitə yaradılıb.

Xatırladaq ki, əvvəllər Gülalıyev dəfələrlə polisə çağırılıb. Sonuncu dəfə o, keçən həftə polisə çağırılıb və DİN-in Cinayət Axtarış İdarəsində izahat verib./Turan.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi