Ötən ilin ən yaxşı futbolçusu bəlli oldu

Ötən ilin ən yaxşı futbolçusu bəlli oldu 

FIFA-nın təqdim etdiyi “The Best” mükafatının qalibləri bəlli olub.

Mükafat ötən ilin ən yaxşı qadın və kişi futbolçusu, ən yaxşı qadın və kişi baş məşqçi və digər nominasiyalar üzrə təqdim edilib.

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni FIFA tərəfindən 2022-ci ilin ən yaxşı baş məşqçisi seçilib. O, “Real”ın italiyalı çalışdırıcısı Karlo Ançelotti və “Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiolanı qabaqlayıb. Argentina millisi Lionel Skaloni rəhbərliyi altında 2022-ci ildə 1986-cı ildən sonra ilk dəfə, ümumilikdə isə üçüncü dəfə dünya çempionu olub.

“Barselona”nın yarımmüdafiəçisi Aleksia Putelyas ötən ilin ən yaxşı qadın futbolçusu seçilib. Ən yaxşı qadın baş məşqçi adına isə İngiltərə yığması ilə AVRO-2022-nin qalibi olan Sarina Viqman layiq görülüb. Aleksia Putelyas daha əvvəl Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Avropada da 2022-ci ilin ən yaxşısı qadın futbolçusu seçilib.

2022-ci ilin ən yaxşı kişi futbolçusu adına isə Argentina millisinin və Fransanın “PSJ” klubunun hücumçusu Lionel Messi layiq görülüb. Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib. Argentinalı superulduz Paris klubundakı komanda yoldaşı Kilian Mbappe və “Real”ın fransalı forvardı Kərim Benzemanı qabaqlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi