Özünü qazi kimi təqdim edən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Özünü qazi kimi təqdim edən şəxslə bağlı RƏSMİ AÇIQLAMA 

Bu günlərdə Füzuli şəhərindən məcburi köçkün, rayon ərazisində məcburi köçkün ailələri üçün salınmış Beşinci Zobucuq qəsəbəsində 198 nömrəli evdə yaşayan Əsədov Elçin Oqtay oğlu sosial şəbəkələrdə video müraciət yayaraq Qarabağ müharibəsi qazisi olduğunu, Füzuli rayonunda məmurların himayə etdiyi qoçu dəstələri tərəfindən ona məxsus evə hücum edildiyini, evinin dağıdıldığını bildirmiş, köməklik göstərilməsini xahiş etmişdir.

Elçin Əsədovun video müraciətdə səsləndirdiyi faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmışdır. Müəyyən olunmuşdur ki, Elçin Əsədovun yaşadığı evə hücum olmamış, evə hücum olması, ev əşyalarının sındırılması və dağıdılması görüntüsünü Elçin Əsədov özü qəsdən yaratmışdır. Bunu, Elçin Əsədovun anası Təranə Əsədova Füzuli rayon Polis şöbəsində verdiyi izahatında da qeyd etmişdir.

 Qazi adından istifadə edərək sosial şəbəkələrdə video müraciət yayan Elçin Əsədov əslində kimdir? Elçin Əsədov 1972-ci il təvəllüdlüdür, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmamış, qazi deyildir. 2000-ci ildə həqiqi hərbi xidmətdən fərarilik etdiyinə və həmin dövrdə oğurluq etdiyinə görə 2001-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1.-ci, 333.4.-cü, 334.1.-ci, 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 66.3.-cü maddələri ilə təqsirli bilinərək ümumilikdə 6 il müddətində həbs olunmuşdur.

 Saxta qazimiz iki dəfə rəsmi, bir neçə dəfə qeyri rəsmi ailə qurmuşdur. Birinci arvadından 1, ikinci arvadından isə 2 uşağı vardır. Hər iki arvadından məhkəmə qaydasında boşanmışdır. Uşaqlarına aliment ödəmir. Elçin Əsədov heç bir faydalı işlə məşğul olmur, yaşadığı qəsəbədə müsbət xarakterizə olunmur, tüfeyli həyat tərzi keçirir. Bir neçə ay bundan əvvəl atdan yıxılaraq xəsarətlər almışdır.

          Vaxtaşırı sosial şəbəkələrdə Qarabağ müharibəsi qazisi adından istifadə edərək video müraciətlər yaymaqla rayonun məmurlarını, iş adamlarını şantaj etməklə maddi qazanc əldə etməklə məşğul olur.

 Qeyd edək ki, Elçin Əsədov azyaşlı qızı ilə birlikdə Beşinci Zobucuq qəsəbəsində anası Təranə Əsədovaya məxsus iki otaqlı evdə yaşayır. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  Elçin Əsədov yaşadığı qəsəbədə fəaliyyət göstərən məktəbdə texniki işlə təmin edilmişdir. Özü və anası məcburi köçkün kimi vahid aylıq müavinət alır. Anası Təranə Əsədova ümumi səbəbdən 2-ci qrup əlildir, buna görə pensiyə alır. Ailəyə dövlət tərəfindən həyatyanı və 1 hektar pay torpağı verilmişdir.  RİH-nin başçısı tərəfindən Elçin Əsədova və anası Təranə Əsədovaya dəfələrlə maddi köməklik olunmuşdur.

Füzuli rayon İcra Hakimiyyəti

          



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər