Pakistan məhkəməsi İmran Xanın həbsinə dair orderi ləğv edib

Pakistan məhkəməsi İmran Xanın həbsinə dair orderi ləğv edib 

Məhkəmə Pakistanın sabiq Baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verdiyi orderi ləğv edib və onun işi üzrə dinləmələri martın 30-na keçirib.

Bu barədə Geo TV telekanalı xəbər verirb

Hakim tərəflərə müzakirələrin növbəti iclasda davam edəcəyini bildirib, həmçinin Xanın məhkəmədə iştirakını təmin etməyi tapşırıb.

Qərar polisin məhkəmə binası qarşısında sabiq baş nazirin tərəfdarları ilə toqquşmasından sonra qəbul olunub. Eyni zamanda, İmran Xan davam edən qarşıdurmalar səbəbindən avtomobilini tərk edə bilməsə də, onun məhkəməyə gəlməsi rəsmi olaraq qeydə alınıb.

İmran Xan hazırda Lahordakı iqamətgahına qayıdır.

Sabiq baş nazirə qarşı hakimiyyətdə olduğu dövrlərdə xarici dövlət başçılarından aldığı bahalı hədiyyələri satmaq kimi saxta ittiham irəli sürülüb.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi