“Pakistanın köməyi ilə Çin Ermənistana silah satışlarını dayandırdı” -

“Pakistanın köməyi ilə Çin Ermənistana silah satışlarını dayandırdı” - İDDİA

Azərbaycan-Pakistan-Türkiyə bəyannaməsi bərpası hələki real görünməyən ATƏT-in Minsk Qrupunun Ermənistanı aşkar dəstəkləyən Fransa-Rusiya həmsədrlərinə qarşı qabaqlayıcı sənəddir?

Gələcək təhlükələrə hazırlıq, yoxsa Zəngəzur dəhlizinin ilk əməkdaşlığı?

“Bu sənədlərin qol çəkmə səviyyəsi fərqlidir. Bu baxımdan sadəcə olaraq onu qeyd etmək lazımdır ki, Pakistanın Azərbaycan-Türkiyə münasibətləri səviyyəsinə yaxınlaşması prosesi gedir və bu çox müsbət bir prosesdir”deyən eks xarici işlər naziri Tofiq Zülfüqarov digər ölkələrin bu proseslərə münasibətinə də toxundu.

Bizim.Media ilə söhbət zamanı politoloq vurğuladı ki, Türkiyə və ya Pakistanın Azərbaycanla yaxın münasibətləri heç kəsə təzə bir xəbər deyil.

Ölkələrin bir-birinə yaxınlaşma prosesi çoxdan başlayıb:

“Sadəcə bir mərhələ yaşanır. Əsas məsələ ondan ibarətdir ki, bu yaxınlaşma və əməkdaşlıq kiməsə qarşı yox, üç ölkə arasında təmasların daha da sıx olması, iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırılması və başqa mövzulardır. Bu yaxınlaşmanı kiməsə qarşı bir alyans kimi qəbul eləmək düzgün olmaz. Amma eyni zamanda hamı başa düşməlidir ki, bu əməkdaşlığın yüksək səviyyədə olması müxtəlif məsələləri də əhatə edə bilər və çətinlik yaranan zaman bu yaxınlaşma da çox vacibdir.”

Tofiq Zülfüqarov özəl olaraq başqa bir məsələ haqqında da saytımıza söz açdı:

“Bir məsələni də qeyd eləmək lazmdır ki, Pakistan bu üçlükdə çox mühüm bir ölkədir - həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan. Eyni zamanda həmişə yadda saxlamalıyıq ki, Pakistanın Çinlə çox geniş münasibətləri var. Yadıma gəlir ki, bu münasibətlər nəticəsində vaxtı ilə, 90-cı illərin axırlarında Çin Ermənistana silah satan vaxtı (Smerç tipli 4 yaylım atəşi sistemi, Smerçin kopiyaları) Pakistanın köməyi ilə Pekin satışları dayandırdı. Və hətta onun istifadəsi üçün sazişdə nəzərdə tutulan lazımi addımlar da atılmayıb. Biz başa düşməliyik ki, bu üçlük gələcəkdə perpspektivli bir üçlük ola bilər”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi