Pakistanlı marşal Azərbaycanın hərbi məktəblərində olub - VİDEO

Pakistanlı marşal Azərbaycanın hərbi məktəblərində olub - VİDEO 

Bakıda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Pakistan nümayəndə heyətinə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərdə hərbi təhsil müəssisələrinin rolu, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verilib.

Hərbi təhsil müəssisələrinin rəhbər heyətləri ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi