Partiya sədri: “Rəsul Quliyev” deyəndə ağlınıza ilk nə gəlir? Dövlət adamı? Ziyalı? Yoxsa...

Partiya sədri: “Rəsul Quliyev” deyəndə ağlınıza ilk nə gəlir? Dövlət adamı? Ziyalı? Yoxsa... 

"Rəsul Quliyevi biz təhqir etməmişik ki... Birincisi, bütün müxalifətə “xəstə” deyən odur.

Bu məsələdə nə mənim, nə də Pənah Hüseynin opponenti Ağasif Şakiroğludur. Çünki Ağasif Şakiroğlunun rəhbəri olduğu Gələcək Azərbaycan Partiyası Rəsul Quliyevi lider kimi qəbul edib. Ağasif bəyə nəsə demək fikrim yoxdur. Danışsın, problem deyil. Cavan oğlandır, hələ öyrənəcək. Amma Rəsul Quliyev artıq öyrənməkdən keçib..."

 Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

“Əhali arasında sorğu keçirin. Bir soruşun ki, “Rəsul Quliyev” deyəndə ağlınıza ilk nə gəlir? Dövlət adamı? Ziyalı? Müdrik insan? Yoxsa NZS? Neft? “Xolodelnik”? Bədbəxt millət? Bilirsiniz, görünən kəndə bələdçi lazım deyil. Ağasif bəyə məsləhətim budur ki, belə böyük işlərə çox qoşulmasın. Hələ bir öyrənsin...”, - partiya sədri bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi