Partizanlar satqın merin evini partlatdılar

Partizanlar satqın merin evini partlatdılar 

Bu gün Rusiyanın işğal etdiyi Enerqodar şəhərində hərbi administrasiyanın rəhbəri Andrey Şevçikin yaşadığı ev yerli partizanlar tərəfindən partladılıb.

Faktinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə şəhərin rəhbəri Dmitri Orlov məlumat yayıb.

Məlumata görə, partlayış şəhərin Kurçatov küçəsindəki evdə baş verib. Həmin evdə Şevçik yaşayırdı.

Partlayış zamanı Şevçik yaralanıb və xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Şevçik Müxalifət Platforması - Həyat Naminə Partiyasından deputat idi, şəhər ruslar tərəfindən işğal edilən zaman onların tərəfinə keçib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər