Paşinyan uddu, vecsiz və mənasız rus təbliğatı isə...

Paşinyan uddu, vecsiz və mənasız rus təbliğatı isə... - Kuznetsov

Ermənistan Kremlin hegomoniyasından daha bir addım uzaqlaşdı və bu ona özünəməxsus inkişaf perspektivi vəd edir.

Bu sözləri tanınmış rusiyalı tarixçi, politoloq Oleq Kuznetsov Ermənistanda keçirilən növbədənkənar parlament seçkisinin nəticələrinə münasibətində qeyd edib.

O bildirib ki, bu inkişaf perspektivi yalnız Azərbaycanın Qarabağ və sərhədlə bağlı qanuni tələblərinə qarşılıq verəndən sonra mümkündür:

“Rus təbliğatı isə növbəti dəfə öz vecsizliyini, mənasızlığını və satqınlığını bir daha göstərdi”.

Qeyd edən ki, ötən gün Ermənistanda keçirilən seçkilərdə Paşinyanın Mülki Müqavilə Partiyası 53,92 faiz səslə qalib gəlib. Onun əsas rəqibi, Rusiyanın dəstəklədiyi Robert Köçəryan isə 21,04 faiz səs toplayıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi