![Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib, avtomat götürülüb](https://www.faktinfo.az/uploads/posts/4e47eccff5c33cac760fa1fc6dad59e9.jpeg)
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib, avtomat götürülüb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.
PX-dən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Çobanov Nicat Qürbət oğluna məxsus bir ədəd AKS markalı avtomat silah və içərisində 10 ədəd 5,45 kalibrli güllə olan 1 ədəd avtomat sandıqcası Binəqədi rayonu Çiçək qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın