«Pensiya yaşı 120 ilə qaldırılsın!» –

«Pensiya yaşı 120 ilə qaldırılsın!» – Bu təkliflə mitinq olacaq

«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, şənbə günü Lipetsk şəhərində pensiya yaşının 120 ilə qaldırılması təklifi ilə mitinq keçiriləcək.

 Aksiyanın təşkilatçısı Aleksandr Qriqoryev bildirib ki, əslində, mitinqin belə şüarı bir sarkazmdır.

«Aksiya Putinin pensiya islahatına dəstək verilməsinə və Rusiya vətəndaşlarının pensiya yaşının 120 ilə qaldırılmasına həsr olunub. Mitinqi ona görə keçiririk ki, bizim hakimiyyətin iyrənc mahiyyətini açıb göstərək» – deyə, təşkilatçı dəqiqləşdirib.

Qriqoryev danışıb ki, hakimiyyət mitinqin Böyük Pyotr meydanında keçiriməsinə razılıq verib.

«Mitinqdə ondan danışıcaqlar ki, 120 il  həddindən artıq çoxdur. Və 65 il də real müddət deyil – ölkədə pensiya islahatı aparılmalı və qadınlar üçün pensiya yaşı 45 illə, kişilər üçün 55 ilə endirilməlidir. Bax, bu – ədalətli olacaq» – Qriqoryev izah edib.

Qeyd edək ki, Aleksandr Qriqoryev Lipetskdə sistemsiz müxalifətçi kimi tanınır. 2015-ci ildə o, şəhər meri postuna namizədliyini irəli sürüb. 2018-ci ildə isə vilayət administrasiyasında «şərin qovulması» simvolik mərasimini icra edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi