Peterburq səmasında uçan obyekt: qırıcılar qaldırıldı

Peterburq səmasında uçan obyekt: qırıcılar qaldırıldı 

Fevralın 28-də Rusiyanın Sankt-Peterburq şəhərinin səmasında naməlum uçan obyekt müşahidə edilib.

Axar.az xəbər verir ki, məlumatı “İnsayder” yayıb.

Hadisə ilə əlaqədər şəhərin "Pulkovo" hava limanına təyyarələrin eniş və qalxışı dayandırılıb.

Məlumata görə, şəhərdə təcili tədbir planı tətbiq edilib. Şəhərin səmasına qırıcılar qaldırılıb. “Flightradar” xidməti üzrə mülki təyyarələr Sankt-Peterburqa yaxınlaşmır.

Yerli hakimiyyət Sankt-Peterburqa hava limanının müvəqqəti olaraq təyyarələri qəbul etmədiyinin təsdiqləyib.

***

Sankt-Peterburq səması naməlum obyektə görə bağlanıb.

***

Sankt-Peterburqda “Pulkovo” hava limanında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Sankt-Peterburqun səmasında hava limanı ətrafında 200 km radiusda ərazinin yerli vaxtla 13.20-dək bağlandığı bildirilmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi