Peyğəmbərin oğluyam deyib müsəlmanlara gözdağı verən Napoleon -

Peyğəmbərin oğluyam deyib müsəlmanlara gözdağı verən Napoleon - Video

18-ci əsrin sonu idi. Avropanın Şərqə xaç yürüşü artıq tarixdə qalmışdı.

Baxmayaraq ki, Avropa Yaxın Şərqin, Hindistanın istilasında həmişə maraqlı olub.

 Hindistana gedən su yollarına İngiltərə nəzarət edirdi. Amma bu su yolu bütün Afrika materikinin başına dövrə vuraraq Hind okeanından Hindistana gedən yol idi.

 Fransızlar burada söz sahibi deyildilər. Məhz bu ərəfədə gənc Napoleona Misir ekspedisiyası həvalə olunur.

 Bu səfər gizli təşkil olunmuşdu. Ekspedisiyaya alimlər, tədqiqatçılar da cəlb olunmaqla böyük bir komanda yığılmışdı.

 Bu Fransanın Afrikanı nəzarətə götürmək planının başlanğıcı, böyük müstəmləkə siyasətinin əsası idi. Bonapart Misiri məmlüklərin istilasından xilas etmək adı ilə gəlirdi. Məmlüklər 5 əsr idi ki, Misiri öz əllərində saxlayırdılar.

İlk iş beş min əsgərlə İskəndəriyyəyə daxil olmaq idi. Belə də olur.

 1798-ci ildə Napoleon ordusu şəhərə daxil olur. Misir əhalisi isə aclıq, səfalət və yoluxucu xəstəliklərdən əziyyət çəkirdi. Napoleon hələ gəmidə olarkən misirlilərə ərəb dilində müraciət yazır.

 Müraciətdə o, özünü inqilabın və peyğəmbərin oğlu adlandırır. Misirliləri məmlüklərin əsarətindən qurtarmaq üçün elçi kimi gəldiyini qeyd edir.

 Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi