PKK lideri qorxuya düşdü: Hamımız məhv olacağıq

PKK lideri qorxuya düşdü: Hamımız məhv olacağıq 

Türk ordusu ələ keçirdiyi bölgələri tərk etmir.

Bunu PKK terror təşkilatının lideri Murad Qarailan deyib.

“Əməliyyatı ağır şəkildə aparırlar. Bizim üçün mənfi nəticələri olur. Xüsusilə Haftanində sıx şəkildə məskunlaşdığımız Xantur dağına dəfələrlə havadan zərbələr endirildi. Burda itkilərimiz çox oldu. Yeni taktikalara əl atmasaq, hamımız məhv olacağıq”, - M.Qarailan bildirib.

PKK lideri türk ordusunun 90-cı illərdə də Haftanində əməliyyat keçirdiyini xatırladıb:

“O dövrlərdə qüvvələrimizi bölgədən çəkirdik. Bölgə boşalırdı. Türk əsgərləri bölgəyə daxil olurdu. Ən çox 1 ay qaldıqdan sonra geri qayıdırdılar. Heç kim olmadıqda biz yenidən bölgəyə yerləşirdik. İndi isə belə deyil. Bir ay keçməsinə baxmayaraq, türk ordusu Haftanindən çıxmır. Türklər Haftaninlə kifayətlənməyib, digər bölgələrdə də əməliyyat keçirə bilər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər