Polis kapitanı vəzifəsindən azad edildi

Polis kapitanı vəzifəsindən azad edildi 

Vətəndaşa qarşı kobud rəftar edən polis kapitanı İlkin Süleymanov vəzifəsindən azad olunub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili İlkin Süleymanov daxili işlər orqanlarından xaric edilib.

Qeyd edək ki, İ. Süleymanov bundan əvvəl Gəncə Beynəlxalq Hava Limanında Xətt Rayon Polis Şöbəsinin rəisi olub. O, bir neçə ay əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təyinat almışdı.

APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər