Polisdən vətəndaşlara müraciət: Onların fotosunu çəkin

Polisdən vətəndaşlara müraciət: Onların fotosunu çəkin 

Dövlət Yol Polisi ilə yol-nəqliyyat, avtomobil sahəsində ixtisaslaşmış Avtosfer.az saytı piyadalara qarşı ciddi mübarizəyə başlayıb.

Bu mübarizədə polis və sayt rəhbərliyi vətəndaşlardan da kömək istəyir. Son illər yollarda baş verən qəzaların əsasən bəzi piyadaların məsuliyyətsizliyindən qaynaqlandığını nəzərə alan polis onlara qarşı sərt cəzalar tətbiq etməyə hazırlaşır.

Vətəndaşlardan yol qaydalarını pozan, yolun qadağan edilmiş hissəsindən keçən, təhlükəli durum və qəza şəraiti yaradan piyadaların foto və ya videosunu çəkmələri xahiş olunur. Bunun vasitəsilə polis həmin şəxsləri müəyyən edərək cərimələyəcək.

Mövzu ilə bağlı danışan saytın baş redaktoru, yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, artıq piyadavurma halları çoxalıb və bunun qarşısını tez bir zamanda almaq lazımdır:

“Piyadalar çox məsuliyyətsiz davranırlar. Onlara qarşı ictimai qınaq olmalıdır. Piyadalar keçiddən keçmirlər, çoxzolaqlı yollarda belə təhlükəni nəzərə almırlar. İşıqforun qırmızı işığını gözləmədən, avtomobillər hərəkətdə olan zaman yola atılırlar. Piyada zolağına çıxan kimi avtomobillərin dayanmasını gözləmədən gedirlər. Belə olduğu təqdirdə də piyada vurulması halları baş verir. Günahın piyada və ya sürücüdə olmasından asılı olmayaraq isə həmişə təqsirkar sürücü hesab edilir. Bu səbəbdən piyadalara məsuliyyətli olmağı öyrətmək, sürücüləri isə haqsız cərimə və həbslərdən qorumaq üçün hər kəsdən bizə kömək olmasını xahiş edirik”.

Qeyd edək ki, qaydaları pozan piyadalarla bağlı foto və video çəkən şəxslərdən görüntüləri [email protected] ünvanına göndərmələri xahiş olunur./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi