Polislər mülki geyimdə avtobuslarda yoxlama aparıb-

Polislər mülki geyimdə avtobuslarda yoxlama aparıb- maska taxmayan şəxslər cərimə olunub

Bakıda marşrut avtobuslarında maska taxmayan şəxslərə qarşı reyd keçirilib.

Faktinfo.az-ın Qafqazinfo.az-a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda reyd keçirilib.

Binəqədi rayonunda keçirilən tədbirdə ictimai nəqliyyatda maskasız olan şəxslər avtobusdan düşürülüb və 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Polis əməkdaşları mülki geyimdə avtobuslara daxil olaraq yoxlama aparıblar. Bu cür reydlər paytaxt ərazisində davam etdiriləcək. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi