Polşa Türkiyədən 270 milyon dollarlıq “Bayraktar” alır – Müdafiə naziri ikinci partiyanın çatdırıldığını açıqladı

Polşa Türkiyədən 270 milyon dollarlıq “Bayraktar” alır – Müdafiə naziri ikinci partiyanın çatdırıldığını açıqladı 

Polşa Türkiyədən “Bayraktar” pilotsuz təyyarələrinin ikinci partiyasını alıb.

AzPolitika.info xəbər verir ki, bu barədə baş nazirin müavini, milli müdafiə naziri Mariuş Blaşçak “Twitter” səhifəsində yazıb.

“Növbəti “Bayraktar” Polşa ordusunun sərəncamına verildi. Miroslavetsdəki 12-ci PUA bazasında həyata keçirilən sınaqlar yenicə uğurla başa çatıb”, - Blaşçak yazıb.

O xatırladıb ki, altı “Bayraktar” PUA-nın ilk dəsti 2022-ci ilin oktyabrında Polşaya çatdırılıb.

Ötən ilin yazında Polşa Türkiyədən 4 partiya - 24 ədəd “Bayraktar” hücum pilotsuz uçan aparatının alınması ilə bağlı müqavilə imzalayıb. Onlar tank əleyhinə raketlərlə silahlanıblar.

Polşa pilotsuz uçuş aparatları ilə yanaşı, logistika və təlim paketləri, eləcə də xidmət üçün ofset alır. Müqavilənin ümumi dəyəri 270 milyon dollar təşkil edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi