Poroşenko Rusiya ilə sərhəddə divar tikilməsini təklif etdi

Poroşenko Rusiya ilə sərhəddə divar tikilməsini təklif etdi 

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko Donbasla yox, Rusiya ilə sərhəddə divar tikməyi təklif edib.

«Rusiya Federasiyası ilə sərhəddə divar tikin, o, sizə lazım olacaq» - deyə, Poroşenko fəaliyyətdə olan Ukrayna hakimiyyətinə «Pryamoy» telekanalının efirindən tövsiyə edib.

Eks-prezident əlavə edib ki, Donbasla sərhəddə divar tikintisi Rusiya sanksiyalarının ləğvinə gətirib çıxara bilər. «Normand formatı» üzrə danışıqlarda uğurun əldə olmamayacağı təqdirdə, «Ukraynaya qayıdın, milləti birləşdirib, ordunu qurun, dövləti qurun», deyə, Poroşenko qeyd edib.

Bundan əvvəl Donbasla təmas xəttində divar tikintisi ideyasını Vladimir Zelenskinin köməkçisi Aqdrey Yermak irəli sürüb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi