Prezident daha 2 sərəncam imzaladı

Prezident daha 2 sərəncam imzaladı 

Prezident İlham Əliyev M.A.Əfəndiyevə və Q.N.Mürşüdova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Məsud Arif oğlu Əfəndiyevə və Qərib Novruz oğlu Mürşüdova “Əməkdar elm xadimi” fəxri adı verilsin.

***

Prezident İlham Əliyev B.Q.Kərimovun və Y.B.Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Bəxtiyar Qulu oğlu Kərimov və Yaşar Balabəy oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi