"Prezident ölkəmizə qarşı qəbuledilməz planlar cızanlara sərt mesaj verdi"

"Prezident ölkəmizə qarşı qəbuledilməz planlar cızanlara sərt mesaj verdi" -DEPUTAT

Prezident İlham Əliyev Zəngilanda keçirilən Milli Şəhərsalma Forumunda həm də Ermənistana xəbərdarlıq etdi.

Dövlət başçımız 44 günlük Vətən müharibəsinin başlanmasını zəruri edən səbəblərə xüsusi diqqət çəkərək bir daha bəyan etdi ki, Ermənistanın xarici himayədarlarına arxalanaraq pozucu mövqe sərgiləməsi vəziyyəti daha da mürəkkəbləşdirir. 

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat onu da qeyd edib ki,necə ki, 3 il əvvəl məhz bunun nəticəsi olaraq 2-ci Qarabağ müharibəsi başladı, eyni zamanda sentyabrın 19-da lokal antiterror tədbirləri həyata keçirildi. 30 il ərzində Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu.Cenevrə Konvensiyasına əsasən,cinayət törədirdi.Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi. İctimai şəkildə qınaq olmadı. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını bizim ərazimizdən çıxarsın.Yəni,ikinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, həm də bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Azərbaycan masada nə qədər konustruktiv idisə, Ermənistan bir o qədər pozucu və radikal idi. İrəvan sülhdən yayınmaq, prosesi dondurmaq üçün bütün variantlara əl atırdı. Müharibə başa çatdıqdan sonra Azərbaycan siyasi iradə nümayiş etdirərək, dərhal sülh təklif etdi.Dövlət başçısı Ermənistanın ona təklif olunan sülhü düzgün dəyərləndirməməsinin ciddi təhlükələrə, fəlakətə yol açdığını bir daha diqqətə çatdırdı.

Anttiterror tədbirlərinə gəlincə, ali baş komandanın da bəyan etdiyi kimi, bizim başqa niyyətlərimiz olsaydı, tədbirlər sentyabrın 20-də dayanmazdı. Yəni, lokal antiterror tədbirlərinin cəmi 23 saat çəkməsi Ermənistan üçün ən böyük güzəşt oldu. Halbuki rəsmi Bakı başqa cür də davrana bilərdi və buna görə də məsuliyyət yenə Ermənistan hakimiyyətinin üzərinə düşəcəkdi. “Bizim səbrimizlə oynamasınlar” deyən Azərbaycan Prezidenti növbəti dəfə ölkəmizə qarşı qəbulediməz planlar cızanlara sərt mesaj verdi.

Yeni mərhələdə artıq sülh sazişinin tezliklə imzalanması mümkündür. Qafqazda sülh və sabitlik yalnız Azərbaycanın istəyi olmamalıdır. 30 il bu regionu işğal və etnik təmizləmə siyasəti ilə inkişafdan məhrum edən Ermənistan nəhayət  yerləşdiyi coğrafiyanın sabitliyini və rifahını da düşünməlidir. Rəsmi Bakı sülhə hazırdır. Dövlət başçımızın da söylədiyi kimi, Ermənistan destruktiv mövqeyindən əl çəksə,sülh əlçatandır,-deputat bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi