Prezidentdən daha iki rektorla bağlı sərəncam-

Prezidentdən daha iki rektorla bağlı sərəncam- Aqrar Universitetinin rektoru təltif edildi

Prezident İlham Əliyevin 27 may 2019-cu il tarixində imzaladığı sərəncamla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilənlər arasında daha iki rektorun da adının olduğu məlum olub.

Faktinfo.az  xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Yubiley medalı bu gün – 10 iyul 2019-cu il tarixdə – Təhsil Nazirliyində təqdim edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi