Professor xəstəliklərin yayılmasından danışdı: - "Fəlakətlər hələ qarşıdadır"

Professor xəstəliklərin yayılmasından danışdı: - "Fəlakətlər hələ qarşıdadır" 

Qış fəsli soyuq hava ilə yanaşı, bəzi xəstəliklərin də yaranmasına səbəb olur.

Havaların soyuması ilə əlaqədar bəzi viruslar- qrip və ya oxşar xəstəliklər,o cümlədən qızılca kimi infeksion xəstəliklər baş qaldırır.Qışda daha az günəş işığı gördüyümüz üçün bədənimiz daha az miqdarda D vitamini hasil edir.

Təqdiqatlara görə, temperaturun qalxması bəzi virusların yayılmasını əngəlləyir.Lakin bununla yanaşı,bəzi tədqiqatçılar qeyd edirlər ki, havaların istiləşməsi mikrobların, virusların qarşısının alınmasına zəmanət vermir.

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bildirib ki, qlobal istiləşmə, ayrı-ayrı yerlərdə iqlim dəyişiklikləri, ənənəvi olmayan şəkildə həddən ziyadə istilərin olması, bəzi yerlərdə soyuqların düşməsi mikrobların, virusların fəallaşmasına, orqanizmdə başqa cür davranış göstərmələrinə gətirib çıxarır:

"Müxtəlif xəstəliklərin, o cümlədən qızılcanın yeni bir formada ortaya çıxması da bununla bağlıdır.Bu qlobal istiləşmələr və iqlim dəyişikliklərinin yaradacağı fəlakətlər hələ qarşıdadır. Bununla bağlı dünya artıq həyəcan təbili çalır və bu haqda araşdırmalar davam etdirilir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi