"PUA-lardan Qarabağdakı haqq mübarizəsində istifadə olunarkən sanksiyalarla üzləşdik"

"PUA-lardan Qarabağdakı haqq mübarizəsində istifadə olunarkən sanksiyalarla üzləşdik" - İsmayıl Dəmir

“Türkiyə istehsalı olan zərbə PUA-larından bir çox yerlərdə, o cümlədən İkinci Qarabağ müharibəsində istifadə olunub”.

Bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

“Bu PUA-lardan haqq mübarizələrində istifadə edərkən sanksiyalarla üzləşdik. İndi isə zərbə PUA-larını tərifləyirlər. Bu, ikili standartların ən bariz nümunəsidir. Əlbəttə, həm adi, həm də zərbə PUA-larımız daha da müasirləşəcək. Biz potensialımızı artırmağa davam edəcəyik. Türkiyənin bu potensialı, əslində, NATO üzvlərini sevindirməlidir. Amma qarşılaşdığımız reaksiyaları başa düşmürük”, - o vurğulayıb.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər