Pullu orta təhsil gündəmə gəlir

Pullu orta təhsil gündəmə gəlir –Qanuna dəyişikliklər ediləcək

Azərbaycanda ümumtəhsil məktəbləri bəzi təhsil proqramlarını bundan sonra pullu təşkil edə biləcəklər.

Nazirlər Kabineti “Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsi”nə bununla bağlı əlavələr edib. Əlavələr noyabrın 13-də açıqlanıb.

İndiyədək “Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsi”ndə təhsilin pulsuz olduğu vurğulanırdı.

Nizamnamənin 1.6-cı maddəsinə görə, “Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur”. Həmin maddə aşağıdakı mətndə təqdim edilib:

Təhsil haqqında” Qanuna uyğun olaraq dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər”.

Xatırladaq ki, hazırda Azərbaycanda ödənişli əsaslarla fəaliyyət göstərən özəl orta məktəblər çoxdur. Azərbaycandakı dövlət təhsil müəssisələri də daxil bütün ali məktəblərin 70 faizində isə oxumaq ödənişlidir. Bu məsələ zaman-zaman cəmiyyətdə tənqidlərə səbəb olur.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi