Putin 9 May paradını tək keçirəcək – Kreml heç bir lideri dəvət etməyib

Putin 9 May paradını tək keçirəcək – Kreml heç bir lideri dəvət etməyib 

“Rusiya bu il 9 May qələbə paradına heç bir xarici lideri dəvət etməyəcək”.

AzPolitika.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin paradla bağlı sualına cavabında bildirib.

Peskov hətta Rusiya ilə birgə “İttifaq dövləti” quran Belarus Prezidenti Aleksandr Lukaşenkonun belə parada dəvət edilmədiyini söyləyib: “Bu, bizim bayramdır. Bu, bütün Rusiya və rusiyalılar üçün müqəddəs bayramdır. Lakin xarici liderləri dəvət etməmişik”.

Ancaq maraqlıdır ki, Peskovun dediyi kimi, “Rusiyanın və rusların müqəddəs bayramı”na ötən illərdə həmişə xarici dövlət başçıları dəvət olunur, onlardan bir çoxu paradda iştirak edirdi. Lakin ilbəil bu tədbirə qatılan xarici liderlərin sayı azaldı. Hətta faşizm üzərində qələbədə danılmaz payı olan MDB ölkələri başçıları da həmin gün Moskvaya gəlməkdən imtina etməyə başladılar. Ötən il isə Tacikistan Prezidentindən başqa heç kim Moskvadakı parada qatılmadı.

Bu il xarici liderlərin çağırılmamasının əsl səbəbinə gəlincə, zatən Moskvaya heç kimin getməyəcəyi bəlli idi. Bunun hansı səbəblərdən irəli gəldiyini isə xüsusi vurğulamağa yəqin ki, ehtiyac yoxdur, sadəcə Rusiyanın son illərdəki siyasətinə və Ukraynada törətdiklərinə diqqət yetirmək kifayətdir...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər