“Putin heç vaxt Ukraynaya qalib gələ bilməz!” - Lyaşko

“Putin heç vaxt Ukraynaya qalib gələ bilməz!” - Lyaşko 

“Heç kim və heç vaxt Ukraynanı məhv edə bilməz. Heç kim Ukrayna xalqına qələbə çala bilməz.

Rusiya ordusu və Rusiya Prezidenti Vladimir Putin heç vaxt Ukraynaya qalib gələ bilməz, çünki əsgərlərin məqsədi, missiyası və motivasiyası yoxdur, ukraynalılar isə öz torpaqları, həqiqət və ədalət uğrunda döyüşürlər”.

Bunları keçmiş deputat, Ukrayna Radikal partiyasının lideri Oleq Lyaşko deyib.

Öz videomüraciətini o, Kiyevin mərkəzində yazdırıb. Video YouTube-da, «Qordon» nəşriyyatının təsisçisi Dmitri Qordonun kanalında yayılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi