Putin Qara dəniz donanmasının komandanını istefaya göndərdi - Osipovu bu şəxs əvəz edəcək

Putin Qara dəniz donanmasının komandanını istefaya göndərdi - Osipovu bu şəxs əvəz edəcək + FOTO

Putin Krımda yerləşən Qara dəniz donanmasına yeni komandan təyin edib.

AzPolitika.info Rusiya mətbuatına istinadla xəbər verir ki, ötən gün Qara dəniz donanmasının komandanı İqor Osipovu yeni komandan Viktor Sokolov əvəz edib.

Rusiyanın “RİA Novosti” xəbər agentliyi yazır ki, son bir neçə gündə Krımın müxtəlif yerlərində silsilə partlayışların baş verməsi komandanlığın dəyişikliyini məcburi edib. Əlavə edilib ki, ötən gün Viktor Sokolov Sevastopol limanında donanmanın hərbi şurasının üzvlərinə təqdim olunub.

Digər bir mənbədən isə Rusiyanın Ukraynada hərbi əməliyyatlar apardığı bir vaxtda təyinatın ictimaiyyətə açıqlanmamasının normal olduğunu bildirilib.

Qeyd edək ki, məlumat öz təsdiqni taparsa, bu, Ukraynadakı müharibənin gedişində Rusiyanın ən böyük komandan dəyişikliyi olacaq.

Xatırladaq ki, aprelin 14-də “Moskva” kreyserinin batmasından sonra Osipovun istefaya göndərilməsi ilə bağlı iddialar yayılsa da, bu, öz təsdiqini tapmamışdı .
















Birinci məlumatlanmaq üçün facebook səhifəmizi