“Putin rejiminin son həftələrini və ya aylarını izləyirik” – “Onlar bunu əhaliyə izah edə bilməyəcəklər”

“Putin rejiminin son həftələrini və ya aylarını izləyirik” – “Onlar bunu əhaliyə izah edə bilməyəcəklər” 

“Vladimir Putin rejimi Yevgeni Priqojinin üsyanından sonra son aylarını yaşayır.

Hətta Putinin ən qatı tərəfdarları belə artıq hər şeyin plan üzrə getmədiyini anlayırlar”.

AzPolitika.info xəbər verir ki, bunu “Kanal 24”-ün efirində israilli jurnalist Zvi Zilber deyib.

O, iddia edib ki, Krımın itirilməsi Putin rejiminin süqutunun başlanğıcı ola bilər: “Bu, öldürücü bir zərbə olacaq. Onlar bunu əhaliyə izah edə bilməyəcəklər. Növbəti mərhələdə isə Rusiyada inqilab baş verəcək. Mənə elə gəlir ki, artıq Putinin yaxın çevrəsi belə müharibəni bitirmək və “Rusiya çarı”nı əvəz etmək barədə düşünürlər. Mənim subyektiv fikrim budur ki, biz bu rejimin son günlərini, bəlkə də həftələrini və ya aylarını izləyirik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi