“Putin SSRİ-ni bərpa etmək istəyir” - ABŞ prezidenti

“Putin SSRİ-ni bərpa etmək istəyir” - ABŞ prezidenti 

“Putin – qəsbkardır. Müharibəni o başlayıb. İndi həm özü, həm də ölkəsi bunun acı nəticəsini görəcək”.

Novator.az saytı xəbər verir ki, fevralın 24-də ABŞ prezidenti Cozef Bayden Ukraynaya hücuma görə Rusiyaya tətbiq olunan yeni sanksiyaları elan edərkən belə deyib.

Rusiyanın hərbi təcavüzündən danışarkən ABŞ prezidenti vurğulayıb ki, məsələ tək Ukraynada deyil: “Rusiya prezidenti Vladimir Putinin ambisiyaları Ukraynanın hüdudlarını aşır. O, mahiyyətcə keçmiş Sovet İttifaqını bərpa etmək istəyir. Məsələ bundadır. Və onun bu iddiası dünyanın indiki inkişafı ilə daban-dabana ziddiyyət təşkil edir”.

Cozef Bayden hazırda Vladimir Putinlə hər hansı danışıq aparmaq niyyətində olmadığını söyləyib.

ABŞ prezidenti sanksiyaların Rusiyanı zəiflədəcəyinə əminliyini ifadə edib: “Ukraynaya hücum Rusiyaya, onun iqtisadiyyatına baha oturacaq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi