Putin:" Türkiyə Rusiya münasibətləri daha da inkişaf edəcək"

Putin:" Türkiyə Rusiya münasibətləri daha da inkişaf edəcək" 

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Cənubi Afrika Respublikasında Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

 ABŞ prezidenti Donald Trampın Türkiyə əleyhinə sözlərindən sonra gerçəkləşən görüşdə Ərdoğanın Putinlə bağlı “Aramızdakı hər cür həmrəylik bəzilərini həqiqətən qısqandırır” deməsi diqqət çəkib. Putin isə “münasibətlərimiz bundan sonra daha da inkişaf edəcək” deyib.

 “Milliyet”  xəbər verir ki, Vladimir Putin görüş zamanı Türkiyə prezidentini “BRİCS” ölkələrinin zirvə toplantısında görməkdən şad olduğunu və iki ölkə arasında münasibətlərin “müxtəlif böhranları da aşaraq daima inkişaf edəcəyini” bildirib.

Putin iqtisadi sahənin hər zaman gündəlikdə birinci sırada durduğunu dilə gətirib. Onun sözlərinə görə, keçən illə müqayisədə ticarət həcmi 40,5 % artaraq 22 milyard dolları keçib. “Bütün layihələrimiz planlı şəkildə gerçəkləşdirilir”, Rusiya prezidenti sözlərinə əlavə edib.

Türkiyə prezidenti isə Türkiyə-Rusiya münasibətlərinin ciddi bir yüksəliş içində olduğunu və ticarət həcmindəki hədəflərinin 100 milyard dollar olacağını qeyd edib.
R.T.Ərdoğan bu il təxminən 6 milyon rus turistinin Türkiyəni ziyarət etməsinin gözlənildiyini bildirərək, bütün bu gəlişmələrin aralarındakı həmrəyliyin bəzilərini qısqanclıq hisslərinə boğduğunu söyləyib.

Türkiyə prezidenti ən sonda rusca “spasibo” deyərək rusiyalı həmkarına təşəkkür edib. Ərdoğanın “qısqanırlar” sözünü söylədiyi zaman isə Putinin üzündəki məmnunluq ifadəsi gözdən qaçmayıb.

İki liderin görüşməsi sırasında maraqlı anlar da yaşanıb. Belə ki, görüşün sonunda Putin Ərdoğana “bəs məni restorana dəvət edəcəkdiniz” deyə xitab edib. Ərdoğan da “artıq dəvətlisiniz” deyə cavab verib.

Putin isə Ərdoğana Rusiyada istehsal olunan ət məhsullarının Türkiyədə satılmasına icazə verilməsi məsələsində anlaşdıqlarını xatırladıb.
Ərdoğan isə “Məmnuniyyətlə, sizləri orada gözləyirəm. Dönüş zamanı bu işi həll edə bilsək yaxşı olar”, – deyə cavablandırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi