Putin "vaqnerçilər"i xain adlandırdı

Putin "vaqnerçilər"i xain adlandırdı 

Rusiya Prezidenti Vladimir Putin "Vaqner" muzdlu hərbi təşkilatının son addımı xəyanət adlandırıb.

TASS  xəbər verir ki, bu barədə o, xalqa müraciətində danışıb.

"Üsyan təşkilatçıları Rusiyaya xəyanət etdilər və buna görə cavab verəcəklər", - Putin bildirib.

Qeyd edək ki, “Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin ötən gün Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib. Priqojinin Teleqram kanalında yayılan səs yazısında PMC-nin “ölkənin hərbi rəhbərliyinin daşıdığı şər”i dayandırmaq niyyətində olduğu bəyan edilib. Bildirilib ki, qarşılarına çıxan bütün maneələr məhv ediləcək.

Priqojin, “ədalətin bərpasından sonra” “Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verib. O, sərəncamında 25 min döyüşçünün olduğunu əlavə edib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.

Federal Təhlükəsizlik Xidməti silahlı üsyan faktı ilə bağlı cinayət işi açıb./Yeniavaz.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər