Putindən Qarabağla bağlı növbəti etiraf:

Putindən Qarabağla bağlı növbəti etiraf: Açığını deyək, Ermənistan elə bir həddə gəlib çatmışdı ki, qərar qəbul etmək lazım idi

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda atəşkəs haqqında noyabr bəyanatının qəbul edilməsi ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

Onun sözlərinə görə, razılaşmanın mətni əvvəlcədən hazırlanmayıb, bütün qərarlar birbaşa Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə qəbul edilib.

"Sadəcə, hərbi əməliyyatlar zonasında elə vəziyyət yaranmışdı, açığını deyək, Ermənistan elə bir həddə gəlib çatmışdı ki, qərar qəbul etmək lazım idi. Ancaq haqqına demək lazımdır, bu şəraitdə mübarizə hər iki tərəfdən hər bir söz, hər bir bənd, demək olar ki, hər bir vergül üstündə gedirdi”, - deyə Rusiya Prezidenti “Rossiya1” telekanalında aparıcı Pavel Zarubinin “Moskva. Kreml. Putin” proqramına verdiyi müsahibəsində bildirib.

Göründüyü kimi, Putin növbəti dəfə münaqişəyə məhz Ermənistanı, daha doğrusu Qarabağdakı separatçı erməniləri xilas etmək üçün Rusiya tərəfindən müdaxilə olunduğunu etiraf edib.  

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi