Putinə eşq elan edən qadın birinci xanım olmaqdan

Putinə eşq elan edən qadın birinci xanım olmaqdan çəkinmir - O, aktrisadır

Rusiya prezideni Vladimir Putinə eşq elan etmiş və ona ərə gemək təklifini dilə gətirmiş İvanovo sakini jurnalistlərə özü barədə danışıb.

«RİA Novosti» agentiyinin xəbərinə görə, qızın adı-soyadı Yuliya Şilovadır. O, etiraf edib ki, çoxdan Rusiya prezidentinə valehdir. Onun fikrincə, birinci xanım olmağı bacara bilər.

İyirmi səkkiz yaşlı «nişanlı» qeyd deib ki, Putinin dövləti necə idarə etdiyi onun xoşuna gəlir. Şilova Rusiya liderini iradəli, məqsədyönlü və güclü şəxsiyyət adlandırıb.

“Mən, çoxdan ona valehəm - işləri necə savadlı həll edir, beynəlxalq danışıqlarda necə arxayn dayanır...” - Şilova deyib./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi