Putinə qarşı hərbi çevriliş ola bilər - Oreşkin

Putinə qarşı hərbi çevriliş ola bilər - Oreşkin 

Əgər Rusiyada hərbi çevriliş təşkil etmək imkanına sahib olan şəxs peyda olsa, Vladimir Putin hakimiyyətini itirəcək.

Bunu “Apostrof”a müsahibəsində rusiyalı politoloq Dmitri Oreşkin deyib.

“Rusiya elitası anlayır ki, Putin çox zəifdir. Koronavirus hədəfləri ilə mübarizə apara bilmir. Hələ heç kim məsuliyyəti üzərinə götürüb alternativ kimi çıxış etməyə hazır deyil. Yeganə alternativ kimi çıxış edə biləcək şəxs Moskva meri Sergey Sobyanin ola bilər”, – deyə o bildirib.

Oreşkinin sözlərinə görə, Putin özünə qarşı hərbi çevriliş təşkil edilə biləcəyini anlayır və buna görə də bütün parlaq hərbçiləri izlətdirir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi