Qadın qonaq getdiyi binadan özünü atdı

Qadın qonaq getdiyi binadan özünü atdı 

Bərdədə 30 yaşlı qadın intihara cəhd edib.

Hadisə rayonun H.Əliyev prospektində, hündürmərtəbəli yaşayış binalarından birində baş verib.

 Belə ki, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Türkan Şükürova yaxın qohumlarının evinə qonaq gedib. Elə həmin binanın dördüncü mərtəbəsindən də özünü atıb.

 Ağır bədən xəsarətləri alan qadın yaxınlıqda olanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 Hazırda T.Şükürovanın vəziyyəti ağırdır.

 Faktla bağlı araşdırma aparılır.

 Qafqazinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi