"Qarabağ" “Dandolk”ı 1:0 hesabı ilə məğlub edir

"Qarabağ" “Dandolk”ı 1:0 hesabı ilə məğlub edir 

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirir.

Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gəlir. “Qarabağ” birinci oyunu səfərdə keçirir.

Cari mövsüm qol buraxmayan ağdamlılar uğurlu seriyanı İrlandiyada davam etdirməyə çalışır. Albaniya “Partizani”sini yolundan kənarlaşdıran (0:0, 2:0) Q.Qurbanovun yetirmələri eyni aqibəti “Dandolk”a yaşatmağa köklənib.

Ardıcıl 5 dəfə avrokubokların qrupunda oynayan “Qarabağ” 6-cı uğuruna doğru növbəti addımı atmaq üçün İrlandiyadan sərfəli nəticə ilə dönməlidir. Səfərdə məğlub olmamaq çempionunun işinə yaraya bilər.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
24 iyul
22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Bartoş Frankovski

Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 18. Robert Benson, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 21. Daniel Kliri, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 19. Filip Ozobiç, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Dandolk. “Oriel Park” stadionu

***

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Dandolk" (İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.
Dandolkda keçirilən matçın 4-cü dəqiqəsində Ağdam klubunun futbolçusu Mahir Emreli fərqlənib - 1:0.

***

Qarşılaşmanın ilk hissəsi başa çatıb və tərəflər fasiləyə yollanıb. Oyunun ilk hissəsində başqa qol vurulmayıb.

***

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Dandolk" (İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda ikinci hissə başlayıb.
APA.az -ın məlumatına görə, Dandolkda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra "Qarabağ" ev sahiblərini 1:0 hesabı ilə məğlub edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi