Qarabağ əlilləri yolu bağladı – SOCAR əməkdaşları ilə bağlı məsələ böyüyür

Qarabağ əlilləri yolu bağladı – SOCAR əməkdaşları ilə bağlı məsələ böyüyür 

Dünən SOCAR-ın əməkdaşları ilə əlbəyaxa dava edən Qarabağ əlilləri bu gün Biləcəri ərazisində avtomobil yolunu bağlayıblar.

Onlar aidiyyəti qurumların məsələyə ədalətsiz yanaşmalarından şikayətçidirlər. Etiraz edənlər bildiriblər ki, dünən SOCAR-ın yaydığı bəyanatda onların şərəf və ləyaqəti alçaldılıb: “Bizi dələduz adlandırırlar. Gəlin tikinti aparmaq istədiyimiz yerə baxış keçirin. Əgər ora qadağan olunmuş ərazilərdirsə, bəs, o villalar necə tikilib? Sərəncamı onlara kim verib? Orada evlər tikənlər başqa ölkənin vətəndaşıdırlar, biz isə başqa ölkənin?”


Qeyd edək ki, dünən Qarabağ əlilləri ilə SOCAR əməkdaşlarının əlbəyaxa davası əks olunan video yayılıb. Videodan görünür ki, əlillər SOCAR əməkdaşlarını döyərək, təhqir edərək ərazidən qovur. 

Sosial şəbəkələrdə yayılan videonu təqdim edirik. Diqqətə çatdıraq ki, videoda nalayiq ifadələr var. Buna görə də oxuculardan üzr istəyirik:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi