Qarabağ həqiqətləri Ərəb mətbuatında:

Qarabağ həqiqətləri Ərəb mətbuatında: “BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını Azərbaycan özü təmin etdi”-FOTO

“Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi”.

Faktinfo.az xəbər verir ki,bu firiklər Milli Məclisin deputatı Könül Nurullayevanın ərəb ölkələrinin nüfuzlu  KİV-ində dərc olunan məqaləsində yer alıb. “Azərbaycan Cənubi Qafqazda davamlı sülh üçün qapı açıb” sərlövhəli məqalə  4-ü Misir, 2-si Mərakeş, 1-i Əlcəzair və 1-i İraq olmaqla 8 nüfuzlu media orqanında dərc olunub. Yeri gəlmişkən, bu, Mərakeşin nüfuzlu “Atayar” qəzetində Azərbaycanla bağlı dərc olunan ilk məqalədir.

Müəllif ötən il Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsini xatırladaraq qeyd edib ki, Cənubi Qafqaz regionunda yeni inkişaf reallığı yaranıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr bütün tərəfdaşlar tərəfindən təqdir olunur. Çünki bu addımların hər biri bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcək.

“30 ilə yaxın erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi nəhayət azaddır və bu bölgədə yeni inkişaf dövrü başlayıb. Azərbaycan yeni sülh mərhələsində Ermənistanla əməkdaşlığa hazır olduğunu bəyan edib. Yəni, faktiki bölgədə dayanıqlı sülh, inteqrasiya və əməkdaşlıq üçün tarixi şans yaranıb. İkinci Qarabağ müharibəsindən sonra formalaşmış bu reallığın müsbət məcrada inkişafı üçün bütün tərəflərdən, xüsusilə də Ermənistandan konstruktivlik tələb olunur”.

Azərbaycanın 44 gündə əldə etdiyi qələbə həm də İslam dünyasının qələbəsi olduğunu yazan K.Nurullayeva yazır ki,  30 ilə yaxın müddətdə Azərbaycana məxsus torpaqlarda İslam dəyərlərinin məhv edilməsinə cəhdlər olunub. Azərbaycan bu təhlükəli prosesin də qarşısını aldı: “Qarabağın incisi sayılan Şuşa şəhəri həm Azərbaycanın, həm də bütövlükdə İslam dünyasının mədəniyyət paytaxtı kimi öz simasını qoruyur. Yeni məscidlər inşa olunur, Qarabağdan yenidən azan səsi gəlir və bundan sonra heç bir güc bu səsin qarşısını ala bilməyəcək”.

Millət vəkili, həmçinin işğal dövründə Azərbaycana məxsus Qarabağda bütün şəhər və kəndlərin, o cümlədən mədəni və dini irs abidələrin yerlə yeksan edildiyini xatırladıb. Vurğulayıb ki, bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlər dağıdılıb, təhqir edilib, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə olunub. İndi Azərbaycan yerlə yeksan edilən Qarabağı və Şərqi Zəngəzuru  yenidən dirçəldir: “Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanıb və artıq ilkin nəticələr var. Azərbaycan öz maliyyə resursları ilə yeni şəhər və kəndlər salır. Azərbaycan Qarabağda törədilən urbisid, kultursid və ekosidin ağır nəticələrini aradan qaldırır. Bu il bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Azad olunan şəhərlərin baş planları təsdiqlənib”.

Məqalədə vurğulanır ki, artıq regionda Azərbaycanın müəyyən etdiyi reallıqlara uyğun və bütün tərəflərin maraqlarına cavab verən qarşısıalınmaz proses start götürüb. Bu proses regiona sülh, xalqlara isə rifah bəxş edəcək.

1. https://www.nile1.com/%d8%a7%d9%84%d9%86%d8%a7%d8%a6%d8%a8%d8%a9-%d9%83%d9%88%d9%86%d9%88%d9%84-%d9%86%d9%88%d8%b1%d8%a7%d9%84%d9%84%d9%87%d9%8a%d9%8a%d9%81%d8%a7-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a/

2. https://www.facebook.com/275729362546826/posts/4601111176675268/

3. https://soutelwatan.com/KMfZq

4. https://banassa.com/international/120333.html

5. https://worldpublishersnews.com/2021/12/04/%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%aa%d9%81%d8%aa%d8%ad-%d8%a2%d9%81%d8%a7%d9%82%d8%a7%d9%8f-%d9%88%d8%a7%d8%b3%d8%b9%d8%a9-%d9%84%d9%84%d8%b3%d9%84%d8%a7%d9%85-%d9%88%d8%a7%d9%84/

6. https://www.atayar.ma/?p=20221&fbclid=IwAR0bqRqbxiS7CE5WITu3OSMT6N7P9D-79U-MlU-FZJ9R94nJ-R9-kFpzHTE

7. https://elarabielyoum.com/show653634

8. https://dzayerinfo.com/ar/%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%aa%d9%81%d8%aa%d8%ad-%d8%a2%d9%81%d8%a7%d9%82%d8%a7%d9%8f-%d9%88%d8%a7%d8%b3%d8%b9%d8%a9-%d9%84%d9%84%d8%b3%d9%84%d8%a7%d9%85-%d9%88%d8%a7%d9%84/

9. https://mustaqila.com/%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D9%81%D8%AA%D8%AD-%D8%A2%D9%81%D8%A7%D9%82%D8%A7%D9%8F-%D9%88%D8%A7%D8%B3%D8%B9%D8%A9-%D9%84%D9%84%D8%B3%D9%84%D8%A7%D9%85-%D9%88%D8%A7%D9%84/

Qarabağ həqiqətləri Ərəb mətbuatında:Qarabağ həqiqətləri Ərəb mətbuatında:Qarabağ həqiqətləri Ərəb mətbuatında:Qarabağ həqiqətləri Ərəb mətbuatında:Qarabağ həqiqətləri Ərəb mətbuatında:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər