"Qarabağa kitabla gedək" layihə çərçivəsində kitab hədiyyə etmə mərasimi keçirilib

"Qarabağa kitabla gedək" layihə çərçivəsində kitab hədiyyə etmə mərasimi keçirilib - FOTOLAR

15 noyabr tarixində Bakı Ekspo Mərkəzinin “Zəfər” Təqdimat Zonasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyasına dəstək məqsədilə nəşriyyatlar tərəfindən kitab hədiyyə etmə mərasimi keçirilib.

Faktinfo.az-a Milli Kitabxanadan verilən məlumata görə,tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb və layihənin artıq 3 il davam etdiyini bildirib. Direktor çıxışında düşməndən azad olmuş ərazilərdə  975 kitabxananın məhv edildiyini və 4 milyon 600 min kitabın yandırıldığını vurğulayıb.  O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə  həyata keçirilən “Qarabağa kitabla gedək”  layihəsinin əsas məqsədinin bərpa olunacaq kitabxanalar üçün kitab toplamaq olduğunu  və artıq 130 min kitabın işğaldan azad olunan ərazilərin kitabxana fondları üçün toplandığını qeyd edib.

Tədbir zamanı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdir Akif Marifli, Azərbaycan Respublikasının Xalq yazıçısı Elmira Axundova çıxış ediblər. Çıxış zamanı layihənin əhəmiyyətindən danışılıb, layihənin ən uğurlu layihələrdən biri olduğu vurğulanıb.

Respublika və digər ölkə nəşriyyatları da bu layihəyə qoşularaq öz nəşrlərini Qarabağ fonduna hədiyyə ediblər.

"Qarabağa kitabla gedək" layihə çərçivəsində kitab hədiyyə etmə mərasimi keçirilib"Qarabağa kitabla gedək" layihə çərçivəsində kitab hədiyyə etmə mərasimi keçirilib"Qarabağa kitabla gedək" layihə çərçivəsində kitab hədiyyə etmə mərasimi keçirilib"Qarabağa kitabla gedək" layihə çərçivəsində kitab hədiyyə etmə mərasimi keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi