Qarabağın 1/8 finalda rəqibi bəlli oldu

Qarabağın 1/8 finalda rəqibi bəlli oldu 

Bu gün UEFA Avropa Liqasının 1/8 finalının püşkatması keçirilib.

"Qarabağ"-ın rəqibi Almaniyanın "Bayer"(Leverkuzen) klubu olub.

Bu komanda “Qarabağ”ın düşə biləcəyi rəqiblər arasında demək olar ki, ən güclüsü idi. Püşkatmada Qarabağın adı ən sonda çıxıb və komandamız digər qrupdan qalan yeganə rəqib - “Bayer”lə 1/8 finala düşüb.

Xatırladaq ki, “Qarabağ” qrup mərhələsində “Bayer”-lə eyni qrupda çıxış edib və hər iki oyunda məğlub olub. “Bayer” hazırda Almaniya çempionatının şəriksiz lideridir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi