"Qaşıqçı cinayəti onun əmri olmadan törədilə bilməzdi"

"Qaşıqçı cinayəti onun əmri olmadan törədilə bilməzdi" 

Camal Qaşıqçı cinayəti Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın icazəsi olmadan törədilə bilməzdi.

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçisi Aqnes Kallamard “Vaşinqton Post” qəzetində yayımlanan məqaləsində qeyd edib. O, 6 ay davam edən istintaq nəticəsində Qaşıqçı cinayətindən Səudiyyə Ərəbistanının məsul olduğu qənaətinə gəldiyini yazıb.

Kallamard Məhəmməd bin Salmanın ötən həftə Qaşıqçı cinayətinin məsuliyyətini öz üzərinə götürməsi ilə bağlı açıqlamasına diqqət çəkib:

“Məsuliyyətli bir dövlət adamı bu məsuliyyəti üzərinə götürmək üçün 12 ay inkar və dezinformasiyadan istifadə etməzdi. Səudiyyə Ərəbistanı xalqına bu cinayətdə tam məsuliyyət sahibi olunduğu bildirməli, Qaşıqçının ailəsindən və nişanlısı Xədicə Cingizdən rəsmi yollarla üzr istəməlidir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ötən həftə Camal Qaşıqçı cinayəti ilə bağlı ilk dəfə açıqlamasında məsuliyyətin üzərində olduğunu etiraf edib. Vəliəhd bütün bunlara baxmayaraq, cinayətdən xəbəri olmadığını qeyd edib./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi