Qaşıqçını öldürənlər artıq həyatda yoxdur - Ərdoğan

Qaşıqçını öldürənlər artıq həyatda yoxdur - Ərdoğan 

Böyük ehtimalla Camal Qaşıqçı cinayətini törədənlərin bir qismi öldürülüb.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin canlı yayımında çıxışı zamanı deyib.

“Mümkündür ki, qətldə əli olan 22 nəfərdən bir neçəsi artıq həyatda yoxdur. Bizdə məlumat var ki, onlardan bir neçəsi aradan götürülüb. Məsələn, bəziləri avtoqəzanın qurbanı ola bilərlər”, - deyə dövlət başçısı bildirib.

Türk lider əlavə edib ki, bu dəhşətli cinayətə ABŞ-ın səssiz qalmasını anlaya bilmir.

Xatırladaq ki, səudiyyəli müxalif jurnalist C.Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda vəhşicəsinə qətlə yetirilib.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi