Qazax, Ağstafa, Tovuz rayonlarında insan sağlamlığı üçün təhlükə yaradan araqlar satılır

Qazax, Ağstafa, Tovuz rayonlarında insan sağlamlığı üçün təhlükə yaradan araqlar satılır 

Faktinfo.az –ın elektron poçtuna yazan və ictimailəşdirilməsini xahiş edən oxucu saxta spirtli içkilərlə bağlı həyəcan təbili çalır. Onu da bəri başdan qeyd edək ki,mövzu diqqətimizi çəlb etdiyindən və ictimai təhlükəsizlik dərəcəsi böyük olduğundan bu məsələni gündəmə gətirməyi qərara aldıq.

Məlumatda qeyd edilir ki,saxta araqlara əksər bölgələrdə rast gəlinsə də,daha çox Qazax, Ağstafa, Tovuz rayonlarında satılır. Mənşəyi məlum olmayan bu araqların texniki spirtdən hazırlandığı, tərkibinə demedrol dərmanı qatıldığı və bununla da zəhərlənmələrə yol açdığı bildirilir. Hətta bəzən bu araqlar qəbul edildikdən sonra ölüm hallarına gətirib çıxarır ki, kifayət qədər belə faktlar var.

Faktinfo.az saytına verilən  xəbərə görə, tərkibi təhlükəli spirtdən və yuxugətirici maddələrdən ibarət olan belə araqlar daha çox kənd mağazalarında satılır, şadlıq evlərində istifadə edilir. 0,5 litrlik şüşə qablara qablaşdırılan bu cür araqların qiyməti 2.50 AZN-dən baha deyil. Təəccüblüsü də odur ki, Tovuz rayonunda Kənd Təsərrüfatı Nazirliyinin  lisenziyası əsasında  fəaliyyət göstərən müəssisələrlə gizli sexlərdə istehsal olunan araqların arasında nə keyfiyyətdə, nə də ki,qiymətdə elə bir fərq yoxdur.

  Kənd Təsərrüfatı Nazirliyi isə hələ neçə illər bundan qabaq açıq şəkildə dəfələrlə  xəbərdarlıq edib ki, normal standartlara cavab verən araqların qiyməti 5.40 AZN-dən aşağı olmamalıdır. Böyrək xəstəlikləri yaradan, sinir sistemini zədələyən,orqanizmi iflic edən,digər onlarla təhlükəli fəsadlara yol açan saxta araq biznesini “inkişaf” etdirənlərə qarşı təəssüf ki,rayonlarda mübarizə aparılmır.

 Onu da qeyd edək ki,yaranmış vəziyyət  rəqabət haqqında qanunun tələblərinə də ziddir,normal araq istehsalçısı olan sahibkarların hüquqlarının pozulmasıdır, eyni zamanda vergidən yayınmadır. Bir sözlə, iqtisadi cinayətdir ki, hazırkı şəraitdə İqtisadiyyat Nazirliyi də yaranmış acınacaqlı vəziyyətin normallaşdırılmasında maraqlı tərəf kimi çıxış etməlidir.

Onu da xatırladaq ki, Tovuz və ətraf  rayonlarda araqdan kütləvi şəkildə zəhərlənmələrə dair mətbuatda məlumatlar dəfələrlə yer alıb. Zəhərlənmələrin baş verməsinə səbəb kimi Tovuz rayonunda istehsal olunan araq və rəngli içkilərin keyfiyyətsizliyi göstərilib.

Lətafət Orucqızı

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi