Qazaxda məktəbli qızılcadan öldü

Qazaxda məktəbli qızılcadan öldü 

Qazaxda 13 yaşlı yeniyetmə qızılca xəstəliyindən dünyasını dəyişib.

Unikal.az-ın  məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində baş verib.

Belə ki, Nəzrin Fərrux qızı Şabanzadə qıızılca diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yeniyetmənin vəziyyəti ağırlaşdığından Gəncəyə aparılıb. Oradan isə ailə övladını Bakıya aparan zaman yolda dünyasını dəyişib.

Qazax Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Nəzrin Şabanzadə yanvarın 12-də günorta saatlarında xəstəxanaya gətirilib.

Xəstə müayinə edildikdən sonra Gəncəyə göndərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda da xəstəxanada qızılca xəstəliyinə yoluxmuş xeyli xəstə var.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi