Qazaxda oğul anasını avtomobillə vuraraq öldürüb

Qazaxda oğul anasını avtomobillə vuraraq öldürüb 

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report.az-ın məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki, Qazax sakini Eldar İsgəndərov idarə etdiyi "Opel" markalı avtomobillə anası, 1958-ci il təvəllüdlü Nərminə İsgəndərovanı vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər