
Qazaxıstan neftinin BTC ilə nəqli bərpa olundu
"Qazaxıstanın "KazMunayQaz" milli şirkəti (KMQ) avqust ayında dayandırılan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.
APA.az xəbər verir ki, bu barədə "KazMunayQaz" məlumat yayıb.
”KazMunayQaz” Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib. 13 sentyabrda Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətinə 8,8 min ton “Kaşagan” nefti yüklənib və növbəti yükləmə 20 sentyabrda planlaşdırılır", - məlumatda bildirilir.
Məlumata görə, 2025-ci ilin 8 ayında BTC ilə Qazaxıstan neftinin daşınma həcmi 0,9 mln.ton olub.
Qeyd edək ki, 2022-ci ildə KMQ ilə Azərbaycanın SOCAR arasında Qazaxıstan neftinin tranziti ilə bağlı saziş imzalanıb. 2024-cü ildə isə KMG ilə SOCAR arasında Azərbaycan Respublikasının ərazisi üzərindən neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılaşma əldə olunub.
Xatırladaq ki, cari ilin iyulunda BTC Co. şirkətinə Bakı-Tiflis-Ceyhan (BTC) ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olub. BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib.
Bu xəbər üçün şərh yazın