Qazaxıstandan özünə qayıdış-

Qazaxıstandan özünə qayıdış- İbtidai sinfə gedənlərin 70 faizi qazax dilində TƏHSİL ALACAQ

Bu il Qazaxıstanda ibtidai sinfə gedən uşaqların 70 faizindən çoxu tədrisi qazax dilində olan məktəblərə üstünlük verib.

Faktinfo.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ildən qüvvəyə minən yeni məktəb kurikulumuna əsasən, qazax məktəblərinin birinci siniflərində rus dili dərsləri artıq tədris olunmayacaq.

Məlumata görə, yeni tədris ilində 400 mindən çox uşaq ibtidai sinifə gedəcək. Onların 70 faizindən çoxu tədrisi qazax dilində olan məktəblərə üstünlük verib.

Ölkənin Kızılorda, Ulutau, Mangistau və Cambıl kimi bölgələrində bu rəqəm 90 faizə yaxınlaşıb.

Qeyd edək ki, Qazaxıstanda keçən il ibtidai sinifə başlayan 380 min uşağın 65 faizi qazax məktəblərinə üstünlük verib. Həmçinin məktəblərdə ikinci sinifdən rus dili, üçüncü sinifdən isə ingilis dili tədris olunacaq. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər